AZ

Aİ ABŞ-nin tarif güzəştlərini rəsmi şəkildə təsdiqləyəcəyini gözləyir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ABŞ-nin bu həftə Aİ ölkələrindən idxaledilən məhsullara tətbiq edilən 15 faizlik gömrük rüsumlarındanistisnaları, eləcə də avtomobil məhsullarına tarif endirimlərinirəsmi şəkildə təsdiqləyəcəyinə ümid edir.

Trend xəbər verirki, bu barədə “Bloomberg” agentliyi danışıqlarla tanış mənbələrəistinadən məlumat yayıb.

Məlumata görə, Aİ tərəfi ABŞ Prezidenti Donald Trampın yayaylarında tarif siyasətinin yumşaldılması ilə bağlı əldə olunmuşrazılaşmalara hüquqi qüvvə verəcək fərmanları imzalayacağınainanır. Gözlənilən güzəştlərə xüsusilə avtomobillərə tətbiq edilənrüsumların azaldılması və təyyarə hissələri də daxil olmaqla bəzisənaye məhsulları üzrə istisnalar daxildir.

Tərəflərin Tramp ilə Avropa Komissiyasının sədri Ursula fon derLeyen arasında əvvəllər əldə edilmiş siyasi razılaşmanı təsdiqləyənbirgə bəyanat yayacağı ehtimal edilir.

“Bloomberg” qeyd edir ki, 15 faizlik rüsum səviyyəsi əvvəllər 25faiz gömrük rüsumuna tabe olan avtomobillərə də tətbiq oluna bilər.Bundan əlavə, Aİ-dən idxal edilən digər məhsullar –yarımkeçiricilər və dərman preparatları üzrə tariflər də yenidənnəzərdən keçiriləcək.

Seçilən
57
50
az.trend.az

10Mənbələr