AZ

Makron arvadına kişi deyən jurnalisti susdurması üçün Trampa görün nə təklif edib

Fransa prezidenti Emmanuel Makron amerikalı həyat yoldaşı Bricit Makron haqqında iddialar irəli sürən jurnalisti susdurması müqabilində həmkarı Donald Trampa Ukrayna ilə bağlı razılaşma təklif edib.

Publika.az xəbər verir ki, bunu amerikalı jurnalist Kendis Ouens həmkarı Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, Fransa lideri Ağ Evdə Trampla danışıqlar zamanı belə bir təkliflə çıxış edib: "Ukrayna prezidenti Vladimir Zelenskiyə təsir edə bilərəm".

Ouens bildirib ki, Fransa və ABŞ başçılarının görüşündən bir neçə saat sonra Amerika liderinin etibarlı adamlarından biri ona zəng edərək Bricit Makronun cinsinə dair araşdırmanı dayandırmasını istəyib.

Jurnalistin dediyinə görə, Trampın adamı Fransanın birinci xanımı ilə bağlı bu mövzuda susmağın “Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymaq üçün şərt olduğunu” deyib.

Ouens eşitdiklərindən şoka düşdüyünü vurğulayıb.

Seçilən
14
publika.az

1Mənbələr