AZ

Bakıda və Aran bölgəsində tozlu hava...

Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur.

 

Senzor.az bildirir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva deyib.

 

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır: “Müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”.

Seçilən
35
49
senzor.az

10Mənbələr