AZ

Şimali Koreyada qadınlara maşın sürməyə icazə verildi

Şimali Koreyada qadınların avtomobil sürmək hüququ ilə bağlı tarixi dəyişiklik baş verib.

Bakues.az bu barədə “Daily NK” nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, yaxın günlərə qədər ölkədə qadınlar yalnız yol hərəkətini tənzimləyə bilərdilər, lakin avtomobil sürmək hüququna malik deyildilər.

Son məlumatlara görə, Şimali Koreyanın bəzi avtomobil məktəbləri Sosialist Qadınlar İttifaqının tövsiyələri əsasında qadınları qəbul etməyə başlayıb.

O da qeyd olunub ki, sürücülük imtahanını gözləmə müddəti 18 aya qədər çata bilər.

Seçilən
11
6
icma.az

7Mənbələr