Nyukasl" "Leypsiq"ə hücumçu Benjamin Sesko üçün yeni rəsmi təklif göndərib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, ingilis klubu 22 yaşlı sloveniyalı üçün 80 milyon avro ödəməyə, həmçinin daha 10 milyon avro verməyə hazırdır. Futbolçu hələ qərar verməyib.
"Mançester Yunayted" də sloveniyalı forvardı heyətinə qatmaq istəyir.
Sesko 2023-cü ildən "Leypsiq"də çıxış edir.
"Transfermarkt" portalı hücumçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
2024/25 mövsümündə Sesko 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.