
“Roskomnadzor” məşhur reperlər Basta, Guf və Vitinin “Bizimlə olanlara” klipinin Rusiyanın internet məkanında yerləşdirilməsini və yayılmasını qadağan edib.
Reyting.az xəbər verir ki, “Mash” Telegram kanalının özəl mənbəyinin sözlərinə görə, bu bəstəni Rusiyanın onlayn platformalarında dinləmək və yükləmək qeyri-mümkündür.
Rusiya Daxili İşlər Nazirliyinin qərarına əsasən, trek Qadağan olunmuş Məlumatların Vahid Reyestrinə daxil edilib. Klipdə narkotik maddələrin hazırlanması və istifadəsi üsulları təbliğ olunurmuş.
V. QULİYEV