"Fənərbaxça" klubunun xorvatiyalı qolkiperi Dominik Livakoviç ayrılmaq qərarına gəlib.Metbuat.az xəbər verir ki, qolkiper rəhbərlikdən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini istəyib. Müqaviləsi 2028-ci ildə başa çatacaq olan Livakoviç karyerasını Avropada davam etdirmək istəyir.
Qeyd edək ki, Dominik Livakoviçin hazırkı dəyəri 9 milyon avrodur.