AZ

Qonşusuna təcavüz etmək istəyən şəxslə bağlı qərar çıxarıldı

Şirvan Apellyasiya Məhkəməsində zorlamağa cəhddə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən İlqar Bayramovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, İlqar Bayramov 25, 27 və 29 yanvar 2023-cü il tarixlərində zərərçəkmiş Malikə Bəşirovanın (adı, soyadı şərtidir) yaşadığı Sabirabad rayonu ərazində yerləşən evinin həyətyanı sahəsinə gəlib. Həmin vaxtı o, zərərçəkmiş şəxsin həyətdəki ayaqyolunda olmasını bilib, onu zorlamaq istəyib. İlqar qadının qollarından tutub, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib, lakin zərərçəkmiş bundan imtina edib, ona müqavimət göstərərək əli ilə təqsirləndirilən şəxsin sinəsindən geri itələyib. Hər üç olayda da qadın qışqıraraq səs-küy salıb və fəal müqavimət göstərməklə vurnuxaraq əlindən çıxıb qaçıb.


Sonuncu hadisədə də İlqar Bayramov yenidən Malikə Bəşirovanın evinin həyətyanı sahəsinə gələrək yenidən onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Malikə növbəti dəfə ondan imtina edərək səs-küy salıb. Həmin vaxt qadın evdə olan oğlu və qayınanasını köməyə çağırıb. İlqar isə onların evdən həyətə çıxdığını görüb. Bu zaman o, tanınmaması və həmin şəxslərə yaxalanmaması üçün həyətdəki elektrik şitindən evin işıqlarını söndürüb qaçaraq uzaqlaşıb.
 

Hadisədən sonra İlqar Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 5 Avqust 2025, 08:40   
Seçilən
25
pravda.az

1Mənbələr