AZ

Son 45 ilin ən çox qarı yağıb - Güclü fırtına başlayıb, sel xəbərdarlığı edilib

Son

Yay fəsli digər ölkələrdə güclü istilərlə müşahidə olunsa da, Avstraliyada 1980-ci illərdən bəri ən güclü qar yağıb. Hətta ölkənin bəzi əraziləri son 10 ildə ilk dəfə ağ örpəyə bürünüb.

Reyting.az
xəbər verir ki, Yeni Cənubi Uels Dövlət Fövqəladə Xidməti qar yağışı ilə əlaqədar 1455-dən çox hadisəyə qarşı cavab tədbirləri görüb.

Qar səbəbindən 100-dən çox avtomobil yollarda qalıb, güclü fırtına binalara ziyan vurub. Bir sıra ərazilərdə böyük daşqın xəbərdarlığı edilib.

Meteoroloq Miriam Bredberinin sözlərinə görə, Yeni Cənubi Uelsin şimalında qarın qalınlığı 40 santimetrə çatıb ki, bu da 1980-ci illərin ortalarından bəri ən yüksək göstəricidir.

İqlim dəyişikliyinin Avstraliyada son illərdə hava şəraitini daha dəyişkən etdiyini vurğulayan Bredberi əlavə edib ki, bu cür güclü qar keçmişdə yalnız bir neçə dəfə müşahidə olunub.

"Bu hadisəni qeyri-adi edən həm qarın miqdarı, həm də onun əhatə dairəsidir. Şimal dağlıq ərazilərin əhəmiyyətli hissəsi tamamilə ağ rənglə örtülüb",- deyə Bredberi yekunlaşdırıb.

V. QULİYEV
Seçilən
17
1
reyting.az

2Mənbələr