AZ

Əncir ağacları karbon qazını belə daşa çevirir

Keniyada yetişən əncir ağaclarının bəzi növləri qeyri-üzvi formada - kalsium karbonat şəklində karbon qazını (CO₂) üzvi maddələrə çevirmək kimi unikal qabiliyyətə malikdir, deyə alimlər “Goldschmidt 2025” konfransında məlumat veriblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Keniya, ABŞ, İsveçrə və Avstriyadan olan beynəlxalq tədqiqatçılar qrupu Samburu dairəsində üç növ əncir ağacının fotosintez zamanı karbonu nəinki udmaq, hətta onu ağacda və torpaqda mineral çöküntülər şəklində saxlamağa qadir olduğunu aşkar ediblər. Proses, kalsium oksalatın mikroorqanizmlər tərəfindən sabit kalsium karbonata – tabaşirə bənzər maddəyə çevrilməsinə əsaslanır.

Karbonu toplamaqda ən səmərəli ağac Ueykfild ənciridir. Tədqiqat göstərib ki, minerallaşma təkcə gövdədə deyil, həm də ağacın köklərində baş verir, həmçinin torpağın pH səviyyəsinin yüksəltməsi sayəsində keyfiyyətini yaxşılaşdırır.

Alimlər bu ağaclardan aqromeşə təsərrüfatında həm qida əldə etmək, həm də karbonu uzun müddət saxlamaq üçün istifadə imkanlarını nəzərdən keçirirlər. Bu, kənd təsərrüfatında istifadəyə yararlı meyvə ağaclarında belə mexanizmin müəyyən edilməsinə dair ilk haldır.

Müəlliflər vurğulayırlar ki, oxşar qabiliyyətlər əvvəllər ehtimal edildiyindən daha geniş yayıla bilər ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə perspektivli alətdir.

Seçilən
14
5
ekologiya.az

6Mənbələr