Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbuldan sonra qarşıda dayanan əsasməsələlərdən biri tələbələrin yataqxana problemi olur. Kimisi yertapmaqda çətinlik çəkir, kimisi də qiymətlərlə razılaşmaqistəmir.
Növbəti tədris ilində tələbə yataqxanaları ilə bağlıvəziyyət necə olacaq? Qiymət artımları nəzərdətutulurmu?
Trendbir neçə ali təhsil müəssisəsinə məsələ ilə bağlı sorğuünvanlayıb.
Azərbaycan Tibb Universitetindən cavab olaraqbildirilib ki, növbəti tədris ilində ATU-da yataqxana qiymətləriilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Qiymət əvvəlkiillə eyni olaraq qalacaq.
Bakı Dövlət Universitetindən qeyd edilib ki,BDU-nun Tələbə Evi 220 nəfərlikdir.
“Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı,idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları vəs. Əsasən, şəhid, qazi övladları, valideynlərini itirmiş, sosialhəssas qrupa aid olanların övladları qəbul edilir. Yataqxananınödənişi 75 manatdır və növbəti tədris ili üçün hər hansı birdəyişiklik nəzərdə tutulmur”, - deyə əlavə edilib.
Lənkəran Dövlət Universitetindən isə bildirilibki, hazırda 160 nəfərlik qızlar üçün, 250 yerlik isə oğlanlar üçünyataqxana fəaliyyət göstərir. Yataqxananın qiyməti 60 manat təşkiledir və qiymətlə bağlı dəyişiklik gözlənilmir.
Mingəçevir Dövlət Universitetindən qeyd edilibki, Mingəçevir Dövlət Universitetində hazırda tələbə yataqxanasımövcud deyil.
“Universitetin 7 hektarlıq ərazidə yeni kampusu tikilməprosesindədir. Həmin kampusun tərkibində 300 qız, 300 oğlantələbənin yerləşə biləcəyi yataqxana kompleksi də nəzərdə tutulub.Tikinti başa çatıb kampus istifadəyə veriləndə qiymət və digərməsələlərlə bağlı məlumat verə bilərik”, - deyə əlavə edilib.
Azərbaycan Dövlət İqtisad Universitetindənverilən məlumata görə isə, UNEC-n 5 tələbə yataqxanasımövcuddur:
“Həmin yataqxanalarda hazırda məcburi köçünlər yaşayır. Ona görədə yataqxanaları tələbələr istifadə edə bilmir. Məcburi köçkünlərköçürüldükdən sonra yataqxanalar yenidən qurularaq, tələbələrinistifadəsinə veriləcək”.
Azərbaycan Dövlət Neft və SənayeUniversitetindən isə sorğuya cavab olaraq bildirilib ki,ADNSU yataqxanası köhnə yataqxanadır.
"Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklikyoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bubarədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçəkorpusdur. Nə zaman təmirə bağlansa və ya təmirdən sonra istismaraverilsə, bu barədə məlumat verəcəyik.
Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetininyataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbitələbələr qalırlar, əcnəbi tələbələr, adətən, üstünlük təşkiledir.
Yataqxana 2 və 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir.Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər biri 50, üçnəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər", - deyə əlavəedilib.
Təhsil ocağından vurğulanıb ki, yataqxana ödənişləri ilə bağlıhər hansı bir dəyişiklik gözlənilmir.
Naxçıvan Dövlət Universitetindən isə sorğuyacavab olaraq bildirilib ki, Naxçıvan Dövlət Universitetinin tələbəyataqxanası iki korpus şəklində olmaqla, 487 nəfər tələbə üçünnəzərdə tutulub.
"240 yer qızlar, 247 yer oğlanlar üçündür. Yataqxanada birtələbənin illik ödənişi 800 manat olaraq müəyyənləşib. Qiymətartımı nəzərdə tutulmayıb. Naxçıvan Dövlət Universitetinin tələbəyataqxanasında otaqlar 2, 3 və 4 nəfərlikdir. Birinci mərtəbədəoğlanlara və qızlara aid bölmələrdə dərsə hazırlıq üçün elektronlövhə otağı və televizor – istirahət otaqları nəzərdə tutulub.
Həm qızlar, həm də oğlanlar üçün ayrı-ayrılıqda tennis, şahmat,hamam və vahid çamaşırxana yaradılıb. Bina təhlükəsizlik kameralarıilə tam təchiz olunub. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəxvar. Tələbələrin istirahəti üçün yataqxana ətrafında yaşıllıqzolağı və asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahətyerləri yaradılıb, yataqxana telefon və internet (Wi-Fi) xətləriilə təmin olunub", - deyə məlumatda qeyd edilib.