AZ

Telefonların olduğu maşını oğurlayıblar

ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin paytaxtı Londonda 12 min ədəd "Samsung Galaxy" telefonunu daşıyan yük maşını oğurlanıb.

Sfera.az xəbər verir ki, hadisə Hitrou hava limanı yaxınlığında baş verib.

Oğurlanmış cihazlar arasında 5000 "Galaxy Z" və "Z Flip7" modelləri var.

Həmçinin 5000 ədəd "Galaxy Watch8" və çoxlu sayda "Galaxy S25", "Galaxy A16" seriyalı məhsullar da olub.

Yük maşınındakı məhsulların ümumi dəyəri təxminən 9,6 milyon dollar olub.

Yük maşını tapılsa da, oğrular telefonları aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
sfera.az

3Mənbələr