AZ

Əfqanıstanda hər üç uşaqdan biri acdır

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) bəyanatına istinadən CNN məlumat yayıb. Qeyd olunub ki, ölkədə hər üç uşaqdan biri xroniki qida çatışmazlığı səbəbindən inkişafdan geri qalır. ÜƏP qeyd edib ki, vəziyyətin pisləşməsi son iki ildə humanitar ərzaq yardımının azalması ilə bağlıdır. Buna səbəb maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azalması olub. Belə ki, cari ilin aprelində ABŞ-nin prezidenti Donald Trampın administrasiyası dünyanın ən kasıb ölkələrindən biri olan Əfqanıstana ərzaq tədarükünü tamamilə dayandırıb. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azvision.az

1Mənbələr