Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 4-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyini bildirib. İ.Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı övladının dağıntılar altında qalaraq xəsarətlər aldıqlarını söyləyib. Elçin Bağırov da ifadəsində həmin gün Mingəçevirdə evinin yaxınlığına “Smerç” raketinin düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O
Elməddin Əlişanov ifadəsində vurğulayıb ki, işğaldan azad edilmiş Qubadlı rayonunda 2021-ci il fevralın 26-da mina partlaması nəticəsində xəsarətlər alıb, nəticədə bir gözünü itirib. Samir Sultanov söyləyib ki, 1994-cü ildə Füzuli rayonunda yaralanıb və əsir götürülüb. Balaqardaş Məlikməmmədov qeyd edib ki, 2021-ci il fevralın 4-də mina partlaması nəticəsində xəsarət alıb. Hadisə zamanı daha bir hərbçi yaralanıb, digər hərbçi isə şəhid olub.
Nəzərəli Kərimov 2016-cı il mart ayında Tərtər rayonunun Qapanlı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Samir Piriyev bildirib ki, hərbi xidmət zamanı 2007-ci il mayın 5-də Tərtər rayonunun Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
Zərərçəkmiş digər şəxslər Murad Babayev, Qismət Fərzalıyev, Rəşad Hacıyev, Ramazan Balakişiyev, Sakit Həsənov, Alim Əfəndiyev, Xəzri İsmayılov Nurlan Mansurov, Səməd İsgəndərov, Xətai Mansurov, Turac Nəzərov, Azad Mərdəliyev, Nizami Talıbov, İslam Tatayev, Əli Mehdiyev, Əliabbas Ələmov, Aqşin Ağayev, Samir Səmədov, Emil Məhərrəmov və Kənan Əhədov ifadələrində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Ədalət Sultanov 2006-cı il sentyabrın 1-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə xəsarəti aldığını söyləyib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Səlim Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı girov götürüldüyünü qeyd edib. O, Xankəndiyə aparılıb, girovluq zamanı işgəncələrə məruz qalıb, döyülüb. Beş gün sonra Azərbaycan tərəfinə qaytarılıb.
Məhəmməd Məmmədlinin anası Mehriban Məmmədova övladının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib. Elmar İbrahimovun anası Ümmü İbrahimova da övladı Elmar İbrahimovun 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu vurğulayıb. Adilə Əliyeva bildirib ki, 1992-ci ildə Xocalı soyqırımı zamanı qohumları və həmyerliləri ilə birlikdə girov götürülərək Xankəndiyə aparılıb. Soyqırımı zamanı doğmaları Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Daha sonra məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon Balayana yeni vəkil təyin olunub. Levon Balayan ona yeni vəkil təyin olunmasına etiraz etmədiyini bildirib.
Ardınca məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilmələri ilə davam etdirilib. Gəray Həşimov, Faiq Məmmədov, Elşad Səmədov, Tural Bəhrəmli, İlqar Səfərov, Zaur Mahmudov, Rüfət Balaməmmədov, Həmzə Vəliyev, Müşfik Əliyev, Ələt Babayev, Rəşad Həziyev, Sahib Abdullayev, Afiq Qasımov, Elməddin Alışanov, Nağı Məmmədov, Kamil Babayev, Asif Bayramov, Eyvaz Həbiyev, Murad Əmirbəyov,
Rasif Kərimzadə erməni hərbçilərinin vəhşilikləri, qanlı əməlləri barədə ifadələr veriblər.
Zərərçəkmiş digər şəxslər - Rafael Xəlilov, Fuad Musayev, Salman Həsənov, Pünhan Əliyev, Niyad Əliyev, Emin Camalov, Məsim Əskərov, İbadət Yaqublu və Hüseyin Həmidov ifadələrində müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralandıqlarını vurğulayıblar.
Məhkəmə prosesi avqustun 7-də davam etdiriləcək.
XQ