Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Referans xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat
yayıb.
Yeraltı təkanlar vilayət mərkəzindən 234 kilometr məsafədə, 64,8 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin nəticələri və mümkün dağıntılarla bağlı əlavə məlumat verilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta