Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq. “Malmö” Isveçdə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək. Kiyev "Dinamo"su "Pafos"u (Kipr), "Reyncers" (Şotlandiya) isə "Viktoriya"nı (Çexiya) qəbul edəcək.
5 avqust
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
21:00 "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka)
22:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr)
22:00 "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan)
22:45 "Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya)