AZ

Onların könlünü almaq asan deyil - Kinli və bağışlamayan bürclər

Bəzi insanlar səhvləri tez unudub qarşısındakını bağışlaya bilir, bəziləri isə uzun müddət kin saxlayır və bağışlamaqda çətinlik çəkir. Astrologiyaya görə, elə bürclər var ki, xüsusilə incikliklərini unutmurlar və asanlıqla barışmırlar.

Yenisabah.az xəbər verir ki, aşağıdakı dörd bürc isə kin saxlayan və bağışlamaqda çətinlik çəkən bürclər arasında ilk sıralarda yer alır:

Əqrəb – Həssas və dərin duyğulara malik olan Əqrəblər xəyanəti və aldatmağı asanlıqla bağışlamır. Onlar bir dəfə etimadını itirən insana qarşı uzun müddət kin saxlaya bilirlər. pizza mizza

Oğlaq – Ciddi və məsuliyyətli xarakterə malik Oğlaqlar alçaldıldıqlarını və ya haqsızlığa uğradıqlarını unutmazlar. Onlar üçün etibar əsasdır və itirilən etibar asanlıqla geri qazanılmır.

Xərçəng – Emosional və incəqəlbli Xərçənglər hisslərinə toxunulduqda dərindən inciyirlər. Görünüşdə bağışlasalar da, içlərində həmin hadisəni uzun müddət unutmurlar.

Buğa – Dəyişikliklərə qarşı müqavimətli olan Buğalar yaşadıqları pis təcrübələri asanlıqla yaddaşlarından silə bilmirlər. Onlar üçün münasibətlərdə sabitlik və dürüstlük çox önəmlidir, bu pozulanda isə bağışlamaq çətin olur.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
8
2
yenisabah.az

3Mənbələr