ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bakı şəhərinin memarlıq panoramasına yeni nəfəs gətirəcək “Port Baku Walk” və Zəfər Parkı ilə əhatələnən “Avenue 8” təkcə yaşayış məkanı deyil, həm də paytaxtın yeni urban simvolu kimi diqqət çəkir. Rəsmi maliyyə tərəfdaşı PAŞA Bank olan layihə “Avant Group” və “Moonwake Investment” tərəfindən həyata keçirilir.
2010-cu ildən fəaliyyət göstərən şirkətin Direktorlar Şurasının sədri Əli Hüseynovun sözlərinə görə, “Avenue 8”, sadəcə, yaşayış binaları deyil, eyni zamanda, şəhərin ruhunu əks etdirən konseptual həyat fəlsəfəsidir. 144 metrlik bu memarlıq incisi Bakının gözəlliyini təcəssüm etdirir.
Layihənin fərqləndirici xüsusiyyətləri barədə danışan şirkətin biznes və marketinq direktoru Rüfət Abdullayev isə qeyd edib ki “Avenue 8-in mənzilləri 4,5 metrlik tavan hündürlüyünə malik olacaq, tam şüşəli fasadlar, zərif dizaynlı lobbilər və “co-working” zonaları müasir şəhər həyatına yeni standartlar gətirəcək. Binanın 30-cu mərtəbəsində “Sky Lounge” və “Rooftop Pool” zonaları, 25 metrlik qapalı hovuz, eləcə də spa, fitness və padel kortları rezidentlərə tam fərqli bir həyat tərzi yaşadacaq. Əlavə olaraq, layihənin qarşısında 5 min kvadratmetrlik yaşıllıq və ictimai park zonası salınacaq ki, bu da şəhərin mərkəzində təbiətə açılan nadir bir məkana çevriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.