AZ

Fiziki aktivlik hamiləlik dövründə həm ana, həm də körpə üçün bir çox müsbət təsirə malikdir

Bakı.Trend:

“Hamiləlik hər bir qadının həyatında dəyişikliklərlə dolu xüsusibir dövrdür. Əvvəllər hamilələrə daha çox dincəlmək tövsiyə edilsədə, müasir tibb artıq fiziki aktivliyin nə qədər vacib olduğunuvurğulayır”.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”damama-ginekoloq Flora Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, hər hamiləlik fərdi olduğundan, istənilənməşqə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməkvacibdir:
“Fiziki aktivlik hamiləlik dövründə həm ana, həm də körpə üçün birçox müsbət təsirə malikdir. O, enerjinizi artırır və yorğunluğuazaldır, əhval-ruhiyyənizi yaxşılaşdırır və yuxu keyfiyyətiniartırır. Həmçinin, hamiləliklə bağlı tez-tez rast gəlinənşikayətləri, məsələn, bel ağrısı, şişkinlik və qəbizlik kimiproblemləri yüngülləşdirir. Düzgün fiziki aktivlik sağlam çəkiartımını dəstəkləyir və hamiləlik diabeti riskini azaldır. Ən əsasıisə, bu aktivliklər doğuşa hazırlığı artırır, bədəni gücləndirərəkdoğuş prosesini asanlaşdıra bilər, eyni zamanda doğuş sonrasıbərpanı sürətləndirir”.
F.Hüseynova qeyd edib ki, hamiləlikdə seçilə biləcək təhlükəsizaktivliklərə piyada gəzinti (ən sadə və effektiv), üzgüçülük(oynaqlar üzərində təzyiqi azaldır), hamilələr üçün yoqa və pilates(çevikliyi və balansı artırır) daxildir. Bəzən stasionar velosipedvə yüngül güc məşqləri də tövsiyə oluna bilər. Ancaq kontakt idmannövlərindən, yıxılma riski yüksək olan fəaliyyətlərdən (xizəksürmək kimi) və bədən istiliyini çox artıran məşqlərdən (sauna,isti vanna kimi) uzaq durmaq lazımdır”.
Mama-ginekoloq bildirib ki, fiziki aktivlik zamanı bəzi əsasməqamlara diqqət yetirmək vacibdir:
“Hər şeydən əvvəl, həmişə bədəninizin siqnallarına qulaq asın.Yorğunluq, nəfəs darlığı, baş gicəllənməsi, qarın ağrısı və yadigər narahatedici əlamətlər hiss etsəniz, dərhal məşqi dayandırınvə həkiminizə müraciət edin. Bol su için və məşqi mülayim tempdəaparın. Unutmayın ki, hamiləlikdə məqsəd yüksək performans deyil,sadəcə aktiv və sağlam qalmaqdır. Hamiləlikdə fiziki aktivlik,həkim nəzarəti altında edildikdə, həm sizin, həm də körpənizinsağlamlığı üçün çox dəyərli bir addımdır”.

Seçilən
90
2
az.trend.az

4Mənbələr