Azərbaycanda "WhatsApp" messencerinə girişdə problem yaşanır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, proqram istifadəçiləri messencerin veb versiyasına daxil ola bilmirlər.
Bəzi istifadəçilər veb versiyaya girə bilsələr də, tətbiq qısa müddət sonra avtomatik bağlanır.
Mövcud problemlə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Xəbər yenilənəcək