AZ

“Araz-Naxçıvan”dan transfer

UEFA Çempionlar Liqasında iştirak edəcək futzal üzrə “Araz-Naxçıvan” komandası hazırlığını davam etdirir.

Futbolpress.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini də gücləndirmək istiqamətində işlər görür. Mövsüm başa çatdıqdan sonra əksər futzalçılarla yollarını ayıran “qırmızı-ağlar” xüsusilə də legionerləri cəlb etməklə boşluqları doldurur. Komanda bu dəfə braziliyalı “stolb”u heyətinə qatıb. Aleksanderson Teixeira Barbosa ilə 1 illik anlaşma əldə olunub. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Seçilən
52
3
futbolpress.az

7Mənbələr