Türkiyənin Sivas bölgəsinin Suşehri rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun uçurumdan aşması nəticəsində 3 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 18 nəfər yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qəzanın ardından hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.
Yaralılar Sivasdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nurlana ƏhmədovaMissiya.Az