ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Adətən, 18 yaşını tamamlayandan sonra uşaq evindən çıxan şəxslərin sonrakı talehi qaranlıq olur.
Daha doğrusu, bu, özü ilə bərabər suallar doğurur.
Məsələn, proses necədir, 18 yaşı tamam olanda qapını açıb buraxırlar, ya yaşamaq üçün şərait yaradılır?
Məsələn, onlara mənzil verilirmi?
Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya deyib:
“Bəli. Azərbaycan qanunvericiliyi (Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları haqqında) belə şəxslərə mənzil təminatı nəzərdə tutur. Yəni, 18 yaşı tamam oldu, qapını açın getsin deyə bir şey yoxdur”.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.