AZ

Gələcəyin jurnalistləri qabiliyyət imtahanı veriblər

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanda mindən çox abituriyent iştirak edib.

DİM-in əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası və media nümayəndələrinin iştirakı ilə təklif olunan 250-dən çox mövzudan 3-ü seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.

Abituriyentlər təqdim olunmuş mövzulardan birini seçərək inşa (esse) yazıblar. Məqbul qiymət alan abituriyentlər seçim zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

XQ

Seçilən
4
25
xalqqazeti.az

10Mənbələr