AZ

4 cüdoçumuz fəxri kürsüdə

Azərbaycanın 4 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar.

Cüdo Federasiyasının mətbuat xidməti xəbər verir ki, Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar. 2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.

M.HACIXANLI
XQ

Seçilən
32
27
xalqqazeti.az

10Mənbələr