Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 kvadratmetr (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli dördotaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.