Türkiyənin Sivas vilayətinin Seşehri məntəqəsində fındıq yığmağa gedən fəhlələrdən ibarət mikroavtobus qəza törədib.
"Cebheinfo.az" TRT “Haber”ə istinadən xəbər verir ki, mikroavtobus uçuruma yuvarlanıb.
Nəticədə 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.
"Cebheinfo.az"