AZ

Gürcüstanla ticarət dövriyyəsi 25 faizdən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 25,1 faiz artaraq 395,9 milyon dolları üstələyib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. 

Azərbaycandan Gürcüstana ixrac: 329,6 milyon dollar (+21,1 faiz)

Gürcüstandan Azərbaycana idxal: 66,2 milyon dollar (+50 faiz)

Cari ilin ilk altı ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 1,62 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 0,17 faiz bəndi çoxdur.

Seçilən
35
9
operativmedia.az

10Mənbələr