AZ

Türkiyədə fındıq yığımına gedən işçilər ağır qəzaya düşüblər: Çox sayda ölən və xəsarət alan var

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobus uçuruma yuvarlanıb.

Oxu.Az bu barədə "TRT Haber"ə istinadən məlumat yayıb.

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, dördü ağır olmaqla 18 nəfər yaralanıb.

Yaralıların hamısının xəstəxanaya yerləşdiyi bildirilir. İlkin məlumata görə, xəsarət alanların hamısı fındıq yığımına gedən işçilər olublar. Hələlik hadisənin digər təfərrüatı məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
oxu.az

2Mənbələr