"Qarabağ"ın keçmiş futbolçusu Muarem Muarem komandanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə oyundan əvvəl Skopyedə keçirdiyi son məşqində iştirak edib.
"Football-plus.az" xəbər verir ki, şimali makedoniyalı veteran oyunçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Dostluq şəraitində keçən görüşdə mütəxəssislər fikir mübadiləsi aparıblar. Qurbanov Muaremdən harada işlədiyi soruşub, o yerli komandalardan birində fəaliyyət göstərdiyi deyib. Keçmiş yetirməsi futbolçu karyerası zamanı "Qarabağ"da Qurbanovdan öyrəndiklərini indi məşqçi kimi tətbiq etməyə çalışdığını bildirib.
Xatırladaq ki, Muarem Muarem 2012-15-ci və 2016-17-ci illərdə "Qarabağ"da oynayıb. O, "Şkupi"də məşqçi işləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta