Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanda səfərdədir.
Publika.az xəbər verir ki, nazir Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələrinin Dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclasında iştirak edib.