AZ

Türkanda qadın ərini qətlə yetirdi – QANLI AİLƏ DRAMI

Xəzər rayonu, Türkan qəsəbəsində bir ailənin həyatını alt-üst edən qanlı cinayət hadisəsi baş verib.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə avqustun 4-də Türkan qəsəbəsinin Xanlar küçəsində qeydə alınıb.
 
1978-ci il təvəllüdlü Natiq Fərhad oğlu Quliyev həyat yoldaşı tərəfindən bıçaq zərbəsi ilə qətlə yetirilib. Qan itkisindən vəfat edən kişinin meyiti məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün aidiyyəti quruma təhvil verilib.
 
Mərhumun usta kimi işlədiyi, əsasən evlərdə təmir işləri görməklə ailəsini dolandırdığı məlum olub.
 
Onların 3 yaşlı bir övladı var. Azyaşlı qız uşağı xəstəxanada müalicə alırmış və avqustun 4-də evə buraxılıb.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
Seçilən
29
1
moderator.az

2Mənbələr