AZ

Nəsimi rayonunun bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bakı, 5 avqust, AZƏRTAC

Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 5 avqust tarixində gücləndirmə işləri həyata keçiriləcək.

AZƏRTAC “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

 

Seçilən
4
10
azertag.az

10Mənbələr