AZ

Fransada etiraz aksiyalarında gizli polislərin iştirakına dair hesabat dərc olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Paris, 4 avqust, AZƏRTAC

Fransada keçirilən etiraz aksiyalarında gizli polislərin iştirakı ilə bağlı hesabat dərc edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar ölkədə aksiyalar zamanı polis əməliyyatlarının getdikcə daha çox hərbiləşdirildiyini vurğulayıblar.

Buna misal olaraq bildirilib ki, “A69” layihəsinə qarşı keçirilən aksiyada təxminən 700 nəfər iştirak edib. Prefektura tərəfindən bu aksiya əvvəlcədən qadağan olunsa da, təşkilatçılar onu xoşniyyətli bir tədbir kimi təqdim ediblər. Lakin hesabatda vurğulanır ki, tədbirin mahiyyəti ilə uyğun olmayan şəkildə 1600 polis və jandarma, zirehli texnika və çoxsaylı gözyaşardıcı qaz atıcıları ilə aksiyaya müdaxilə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

3Mənbələr