AZ

DİM: Qabiliyyət imtahanı vermək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 4 avqust, AZƏRTAC

Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar iyunun 20-də başlanıb və avqustun 11-də yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
12
azertag.az

10Mənbələr