AZ

Yunan Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatına Türkiyədə hazırlaşır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 avqust, AZƏRTAC

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ötən gün Türkiyəyə yollanan komanda qardaş İstanbulun Sarıyer qəsəbəsində yerləşən təlim-məşq bazasında məskunlaşıb. Yerli komanda ilə birgə keçiriləcək hazırlıq prosesi 2 həftə davam edəcək. Toplanış həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək.

Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan toplanışda Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hər ikisi 55 kiloqram), Nihat Məmmədli, Hüseyn Qəribov, İlkin Qurbanov, Nihad Quluzadə (hamısı 60 kiloqram), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kiloqram), Həsrət Məmmədyarov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Sərxan Məmmədov və Beka Kandelaki (hər ikisi 130 kiloqram) yer alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
10
azertag.az

10Mənbələr