Türkiyənin pop musiqisinin tanınmış simalarından olan Selçuk Alagöz reanimasiyaya yerləşdirilib.
Far.Az xəbər verir ki, bu barədə sənətçinin qızı Banu Alagöz bildirib.
O atasının reanimasiyaya yerləşdirildiyini və vəziyyətinin kritik olduğunu açıqlayıb:
"Atamı xəstəxanaya yerləşdirmişdik. Bu gün süni tənıəffüs aparatına qoşuldu. Onun üçün dua etməyinizi xahiş edirəm".
Selçuk Alagöz Muğlanın Bodrum bölgəsində yaşayır. Bu gün onun ad günüdür. 81 yaşı tamam olur.