AZ

Azərbaycanla Gürcüstan arasında ticarət əlaqələri güclənir - Dövriyyədə 21% artım qeydə alınıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasındaticarət əməliyyatlarının həcmi 377,2 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 79,5 milyon ABŞ dolları və ya 25,1% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatlarıAzərbaycanın ümumi ticarət dövriyyəsinin 1,62%-i həcmində olub.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 329,7milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 57,4 milyon ABŞ dolları və ya 21,1%çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında GürcüstandanAzərbaycana 66,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 22,1 milyon ABŞ dolları vəya 50% artım deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan Gürcüstana 154,8 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayıilə müqayisədə 41 milyon ABŞ dolları və ya 36,1% çoxdur.

Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracında 8,82% paya sahib olub. Bununla daGürcüstan Azərbaycanda ən çox qeyri-neft məhsulları alan ölkələrsırasında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb. Nəticədə, xariciticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illikmüqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Seçilən
14
1
az.trend.az

10Mənbələr