AZ

Bakıda arvad ərini öldürdü

Bakıda 46 yaşlı kişi qətlə yetirilib.

Axar.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
25
4
sherg.az

7Mənbələr