“Qalatasaray” rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı PSJ rəhbərliyi ilə danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu “Lill”dən Lük Şevalyeri transfer edir. Ona görə də Safonov komandanı tərk edə bilər.
O, 2024-cü ilin yayında “Krasnodar”dan PSJ-yə keçib və 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.
“Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
Safonov ötən mövsüm Paris komandasının heyətində bütün turnirlərdə 17 oyun keçirib, 13 qol buraxıb və 7 dəfə qapısını qola bağlayıb.