
“ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiqdir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının və Respublikaçılar Partiyasının üzvü Co Vilson “X” sosial şəbəkə hesabında yazıb.
O, həmçinin, heç vaxt Tramp kimi sülhməramlı prezidentin olmadığını bildirib.
Vilson paylaşımında Konqo və Ruanda, Tailand və Kamboca, Pakistan və Hindistan arasındakı münaqişələri qeyd edib.
Maraqlıdır ki, sonda konqresmen paylaşımına “Və tezliklə Azərbaycan və Ermənistan” sözlərini də əlavə edib.
Qeyd edək ki, avqustun 8-də sosial şəbəkələrdə Donald Trampın Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcəyi barədə məlumatlar yayılıb.
