AZ

"Levski" - "Sabah" oyununa bilet almaq üçün uzun növbə yaranıb - Video

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan) oyununun biletlərin bu gün satışa çıxarılıb.

QOL.az Bolqarıstanın sportal.bg saytına istinadən xəbər verir ki, oyuna maraq böyükdür. Saytın yazdığına görə, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Georgi Aspuraxov adına stadionun kassaları açılıb. Bu zaman yüzdən çox azarkeş bilet almaq üçün uzun növbəyə düzülüb.

Bildirilir ki, oyun günü arenanın tribunalarının (29 min 200 tamaşaçı tutumu var) tam dolacağı gözlənilir.

Xatırladaq ki, "Levski" ilə "Sabah" arasında ilk matç avqustun 7-də Sofiyada, cavab görüşü avqustun 14-ü Bakıda keçiriləcək.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr