AZ

Güclü zəlzələdən sonra Kamçatka cənub şərq istiqamətinə YERİNİ DƏYİŞİB

ain.az, Oxu.az saytına istinadən bildirir.

30 iyulda Kamçatkada baş verən güclü zəlzələdən sonra bölgədə ciddi geodinamik dəyişikliklər qeydə alınıb. İlkin məlumatlara görə, yarımadanın cənub hissəsi təxminən iki metr cənub-şərq istiqamətinə sürüşüb.

Oxu.Az bu barədə aif.ru-ya istinadla xəbər verir.

Alimlər bu yerdəyişməni 2011-ci ildə Yaponiyada baş vermiş Tohoku zəlzələsindən sonra müşahidə olunan üfüqi hərəkətlərlə müqayisə ediblər.

Rusiya Elmlər Akademiyasının Kamçatka filialının məlumatına əsasən, Petropavlovsk-Kamçatski şəhəri və ətrafındakı stansiyalarda yerdəyişmə daha zəif olub. Ən böyük dəyişikliklər yarımadanın cənub cinahında müşahidə edilib.

Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət Şimali Kuril şəhərində zəlzələnin daha güclü hiss olunmasını, Petropavlovsk-Kamçatskidə isə təsirin nisbətən zəif qalmasını izah edir.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Hazırda Kamçatkada yeddi vulkanın aktivliyi müşahidə olunur. Avqustun 3-də Avaçinski, Klyuçevsk, Bezımyannı, Kambalnı və Karımski vulkanlarına Kronotski qoruğundakı Kraşeninnikov vulkanı, avqustun 4-də isə Mutnovski vulkanı qoşulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
oxu.az

2Mənbələr