“Araz-Naxçıvan” rəhbərliyi “Neftçi“dən olan həmkarlarına müraciət edib.
Bununla bağlı redaksiyamıza son dəqiqə məlumatı daxil olub.
Konfrans Liqasında mübarizəni davam etdirən Premyer Liqanın bürünc medalçısı İqor Ribeyroya görə qarşı tərəfin qapısını döyüb.
Muxtar Respublika klubu bu yay “ağ-qaralar“a satdığı İqor Ribeyronun xidmətindən yenə yararlanmaq niyyətindədir. “Ağ-qırmızılar“ braziliyalı müdafiəçinin xidmətindən “Omoniya“ ilə cavab matçında istifadə etməyi arzulayır.
Kipr klubu ilə Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.
İqor Ribeyro “Aris“lə Yunanıstanda keçirilən ikinci qarşılaşmada iki sarı vərəqə alaraq vaxtından əvvəl meydandan uzaqlaşıdırılb.
Qırmızı karta görə onun UEFA tərəfindən 1 oyunluq cəzalandırılması gözlənilir. Bununla belə, “Araz“ ümid edir ki, “sambaçı“ kiprlilərlə həlledici matçda onlara yardımçı ola biləcək.
İstəyin arxasında güclü səbəb dayanır - Ribeyro ötən iki mövsümdə komandanın müdafiəsinin dirəyi olub.
«Araz» cənubi amerikalı legioneri ayyarım öncə «Neftçi»yə satıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Əvvəlki razılaşmaya görə, o, yeni komandasına avqustda qoşulmalı idi. Görünür, «Aris» səddini keçəndən sonra fikirlər bir qədər dəyişib.
SPORTİNFO.AZ