UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) oyununa bilet satışı davam edir.
Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, bu saata qədər cəmi 300 bilet satılıb.
Dünəndən satışda olan biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Azarkeşlər biletləri "Neftçi Arena" və “Dalğa Arena”nın kassalarından əldə edə bilər.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşması 7 avqustda saat 20:00-da “Dalğa Arena”da reallaşacaq.
Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada keçirəcək.
Mirağa