Kipr klubu "Omoniya" Bakıya azarkeşsiz gələcək.

Offsideplus.az xəbər verir ki, onlar "Araz-Naxçıvan"la matçda dəstəksiz qalacaq. Buna səbəb Azərbaycana səfər üçün icazələrin bu gün verilməyidir. Ona görə də fanatları Bakıya gətirmək mümkün olmayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək.