AZ

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Xocalı rayonunun Xanyurdu kəndi ərazisində avqustun 4-də yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Seçilən
58
49
operativmm.az

10Mənbələr