AZ

İmişlidə yol qəzası: 6 nəfər xəsarət aldı

İMİŞLİ, 5 avqust. TELEQRAF

İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən qəza zamanı altı nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosununxəbərinə görə hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel" və "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən bir nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
11
teleqraf.com

10Mənbələr