AZ

İmişlidə iki avtomobil toqquşdu, altı nəfər xəsarət aldı

Sfera.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İmişli rayonunda iki minik avtomobili toqquşub.

Sfera.az bildirir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
sfera.az

10Mənbələr