AZ

İranda 4 müxalif gənc haqqında edam qərar verildi!


İran Sistan və Bəlucistan əyalətində 4 yerli sakin barəsində edam hökmü çıxarılıb. Bu barədə məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb.

Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər. Vurğulanıb ki, onlar Sistan və Bəlucistan əyalətinin Rask şəhərindəndir. Hazırda Zahidan mərkəzi həbsxanasında saxlanılırlar.

Mətləb

Seçilən
39
9
baki-xeber.com

10Mənbələr